IQNA

Əqidə prinsipləri; Nübüvvət / 6

Elmin işi ilə peyğəmbərlərin işi arasındakı fərq

23:46 - December 18, 2022
Xəbər sayı: 3493433
Bəzi insanlar elmin peyğəmbərlərin işini əvəz etdiyini düşünürlər. Lakin elmin işinin nə olduğu ilə peyğəmbərlərin işinin nə olduğunu araşdırdıqda görürük ki, bu ikisi arasında müəyyən fərqlər vardır. Bu da elmin peyğəmbərlərin işini əvəz edə bilməyəcəyini göstərir.

Elm peyğəmbərlərin işini etmir. İndi bəzi şeyləri mərhum şəhid Mütəhhərinin sözlərindən aydın və yığcam ifadə ilə qeyd edirik:

Elm təbiətə, peyğəmbərlər isə insana hakimdir.

Elm bizə alətlər, peyğəmbərlər hədəflər verir.

Elm bizə sürət verir, peyğəmbərlər istiqamət verir.

Elm olanı deyir, peyğəmbərlər nə etmək lazım olduğunu deyir.

Elm ancaq inqilabı xaricdən, peyğəmbərlər isə daxildən planlaşdırır.

Elm (bizim məlumatımızı) genişləndirir, peyğəmbərlər [bizi] yüksəldir.

Məlumat və düşüncə (elmdə) bir-biri ilə ziddiyyət təşkil edir, lakin peyğəmbərlərin hamısı eyni istiqamətdədirlər.

Bəzən elm təxəyyüldən yaranır, yəni insan başa düşdüyünü zənn edir, sonra məlum olur ki, heç başa düşməyib. Amma vəhydə təxəyyülə yol yoxdur.

İndiki dövrdə elmin əhatə dairəsi günü-gündən genişlənir, lakin cinayətlərin statistikası heç vaxt azalmayıb.

Bəli, elmin dəyərli olması üçün əməllə birlikdə olması lazımdır. Bu həm din elmi, həm də digər elmlər üçün belədir. Təkcə elm problemi həll etmir. Alim əxlaq kitabının müəllifi ola bilər, amma əməl etmədikdə elminin heç bir dəyəri olmaz.

Ona görə də elm insanı xilas etməyəcək və insan əlini peyğəmbərlərin əlinə qoymağa məcburdur.

Möhsin Qəraəti tərəfindən yazılmış "İslam Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.

captcha