"İQNA", "Ər-Rəyə"-yə istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohadakı İslam İncəsənət Muzeyinin ən yaxşı şəkildə təchiz edilməsi üçün səylər davam edir.
Bu muzey təmirdən sonra oktyabrın 5-də yenidən açılacaq. Dünya cempionatı keçirilərkən Qətərin ev sahibliyi edəcəyi tamaşaçıların bir hissəsinə muzeyi dünyanın böyük muzeylərindən biri kimi tanıtmaq üçün əla fürsətdir.
Bu muzey icmaları bir araya gətirmək və eyni zamanda müxtəlif forma və növlərdə İslam incəsənətinin tutarlı mənzərəsini təqdim etmək üçün bu fürsətdən maksimum istifadə edəcək.
Müasir texnologiyalardan istifadə etməklə, interaktiv displeylər və multimedia proqramları bütün muzeydə ziyarətçiləri, uşaqları və böyükləri özünə cəlb edir.
4089571