"İQNA", "Əl-Cəridə"-yə istinadən xəbər verir ki, “Huffaz” kimi tanınan Quran və onun elmlərinə xidmət edən xeyriyyə cəmiyyəti qadınlar üçün “Zamandan öndə ol və Quranı əzbərlə” adlı xüsusi planın qış kursuna oktyabrın 2-dən dekabrın sonunadək qeydiyyatın aparıldığını açıqlayıb.
“Qurani-Kərimə Xidmət” Assosiasiyasının Qadınlar Komitəsinin rəhbəri Kefa Əl-Ənzi deyib: "Bu qış proqramı Quran öyrənənlərin istək və istedadlarına uyğun olaraq Qurani-Kərimi əzbərləmək, təcvid və qiraət qaydalarını öyrənmək, məqsədi ilə keçirilir".
4087600