IQNA

Çeçenistan "Donetsk" məscidini yenidən tikmək qərarına gəlib

5:44 - April 16, 2024
Xəbər sayı: 3495793
İQNA - Donetsk Xalq Respublikası Müsəlmanları Ruhani dərnəyinin rəhbəri bildirib ki, Rusiya Qəhrəmanı Əhməd Hacı Kadırov Fondu Çeçenistanda Donetskdə yeganə məscidi yenidən bərpa edəcək.

"İQNA", Rusiyanın "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Rəşid Braqin “Ryanovsti” xəbər agentliyinə bildirib: "Rusiya Qəhrəmanı Əhməd Kadırov Fondun rəsmiləri ilə görüşüb və Donetsk məscidinin yenidənqurma layihəsinin həyata keçirilməsi üçün plan və büdcə də daxil olmaqla hər şeyin hazır olduğunu bildirib".

Bu məscid 2014-cü ildən güclü bombardmanlara məruz qalan Donetsk şəhərinin Kuibişevski rayonunda yerləşir və Ukrayna silahlı qüvvələrinin bombardmanları nəticəsində məscidin divarları və pəncərələri və ətrafı ciddi zədələnib.

Bundan əvvəl Rusiya Müsəlmanlarının Dini İdarəsi Rusiya Qəhrəmanı Əhməd Kadırov Fondunun vəsaiti ilə Mariupolda məscidin yenidən qurulmasının ötən il başa çatdığını açıqlamışdı.

4210024

captcha