IQNA

Həniyyə Əl-Məyadin-ə danışdı:

Qərbin şıltaq uşağı olan İsrailin imici sarsıdılıb

4:30 - April 13, 2024
Xəbər sayı: 3495782
İQNA- HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə deyib ki, "Qərbin ərköyün uşağı olan İsrailin imici sarsıdılıb".

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə Əl-Məyadin kanalına verdiyi açıqlamada "İşğalçının Qəzzada törətdiyi qırğınlar və cinayətləri onun məqsədlərinə çata bilməməsi səbəbindən onun strateji uğursuzluğunu əks etdirir" deyib.

"İşğalçı İsrail HƏMAS-ı yox etmədi və etməyəcək, əsirləri xilas edə bilmədi və onları şərəfli bir razılaşmadan başqa bir şey xilas etməyəcək" deyən Həniyyə, bildirib: "Bütün xalqa deyirəm ki, davam edən soyqırım son 6 ayda olduğundan fərqli münasibət tələb edir. Qərbin ərköyün uşağı olan "İsrail" artıq əvvəlki kimi deyil və onun imici sarsıdılıb".

Həniyyə, "Diplomatiyada baş verənlər İsrailin görünməmiş təcridinə işarə edir" dedi.

Atəşkəslə bağlı HƏMAS lideri deyib: "İşğal mediası övladlarımı və nəvələrimi öldürməyin HƏMAS-la danışıqlarda mövqeyimi dəyişməsi üçün təzyiq etmək mənasına olduğunu və bunun baş verməyəcəyini söylədi. Biz Qəzzada daimi və aydın bir atəşkəs elan edilməsinin zəruriliyinə sadiqliyimizi təsdiq edirik".

captcha