IQNA

İraqda Ramazan üçün xüsusi Quran müsabiqəsi

11:28 - March 17, 2024
Xəbər sayı: 3495649
İQNA – İmam Hüseynin (ə) məqbərəsinə bağlı Darul-Quran Mərkəzi Ramazan ayı münasibətilə onlayn müsabiqə təşkil edib.

İraqda Ramazan bayramı üçün xüsusi Quran yarışması Martın 13-ü çərşənbə günü başlayan tədbir Ramazan ayının 29-na kimi davam edəcək.

Mərkəzin Quran mediası şöbəsinin müdiri Kərrar Əş-Şəmrinin sözlərinə görə, müsabiqədə iştirak etmək istəyənlər tədbirin internet saytına daxil olaraq Quran anlayışları və təlimləri ilə bağlı üç seçimdən ibarət 100 suala cavab verməlidirlər.

Əl-Şəmri bildirib ki, ilk üç yerə müvafiq olaraq 500, 400 və 300, dördüncü və onuncu yerlərin hər birinə 100 min İraq dinarı veriləcək.

Quran mediası şöbəsinin müdiri müsabiqənin nəticələrinin Fitr bayramından sonra açıqlanacağına diqqət çəkib və bildirib ki, müsabiqənin keçirilməsində məqsəd cəmiyyətin müxtəlif təbəqələri arasında Quran maarifləndirməsini institusionallaşdırmaqdır.

Elektron şəkildə təşkil edilən Ramazan Quran Müsabiqəsinin ilk dövrəsinin Darul Quran mərkəzinin Quran və onun təlimləri üzərində düşünməyə təşviq edən layihələrindən biri olduğu da bildirilib.

4205549

captcha