İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taylandın Mədəniyyət Nazirliyinin daimi katibinin səfərini yerli rəsmilər müşayiət edib.
Bu mərkəz Tailandın cənub hissəsinin müsəlman olması və bu bölgədə aşkar edilmiş İslam mədəniyyət və incəsənət nümunələrinin, qədim Quran əlyazmalarının qorunub saxlanılması, İslam və Quran elmlərinin öyrədilməsi zərurəti ilə əlaqədar yaradılmışdır.
Hazırda bu mərkəzdə yaşı 100-800 il arasında olan Qurani-Kərimin 70 qədim nüsxəsi mühafizə olunur. Layihənin başa çatması ilə ictimaiyyət bu mərkəzə baş çəkə və təlimlərdə iştirak edə biləcək.
Bu İslam mərkəzinin tikintisi sürətlə davam edir və onun əsas binası yerli memarlıq və İslam dizaynları əsasında həyata keçirilir. Mərkəzin ən mühüm xüsusiyyəti şüşə qutularda saxlanılan qədim Quranların sərgilənməsidir.
Bundan başqa, mərkəzin gözəl sənətlər şöbəsinin hazırladığı bir qrup sənətkar xarab olmuş Quranların təmiri ilə məşğuldur.
4200879