"İQNA", "Iraq News" saytına istinadən xəbər verir ki, İraqın mindən çox məscidində Ramazan ayının başlaması ilə eyni vaxtda, hər cümə axşamı günorta namazından sonra həftəlik zikr və hədis məclisləri keçiriləcək.
Nazirlik açıqlamasında bu məclislərin təşkili ilə Ramazan ayında imanın güclənəcəyini və mənəvi atmosferin yaradılacağını bildirib.
Həmçinin nazirlik müxtəlif məqamlarda məşhur dua və zikrlərin təqdim ediləcəyini və müxtəlif aspektlərdən izah ediləcəyini açıqlayıb.
Bundan əlavə, bu ölkədə Peyğəmbərimizin (s) mövludu münasibəti ilə keçirilən mərasimdə Qurani-Kərimin İslam dininin və İslam şəriətinin əsası olduğu, Allahın əbədi kitabı və ən böyük möcüzə olduğu bildirilmişdir.
Mərasimdə Kazimeyn türbəsinin qariləri Qurani-Kərim, ilahi qrupu isə Peyğəmbəri (s) mədh edən mədhiyyələr oxuyublar.
4198987