IQNA

Quran surələri 4

Nisa surəsi: Quranın qadınlara və onların problemlərinə verdiyi önəmin nişanəsidir

14:32 - January 12, 2024
Xəbər sayı: 3495283
İQNA – “Nisa” surəsi ilahi təqvaya əmr etməklə başlayır və qadınlarla bağlı bir çox fiqhi hökmləri qeyd edir.

“Nisa” surəsi Mədəni (Mədinədə nazil olan) surədir və 176 ayədən ibarətdir. O, dördüncü cüzdən başlayır və altıncı cüzə qədər davam edir. Peyğəmbərimizə (s) nazil olan doxsan ikinci surədir. Bu surəyə ona görə bu ad verilib ki, burada xüsusi olaraq qadınların hüquqlarından, onların hüquqi və sosial mövqelərindən bəhs edilir. “Nisa” qadın deməkdir.

Surədə bəhs edilən müxtəlif mövzular aşağıdakılardır:

1- İman və ədalətə dəvət, qatı düşmənlərlə dostluq əlaqələrini kəsmək

2- Əxlaqsız və sağlam olmayan cəmiyyətlərin taleyini öyrənmək üçün qədim dövrlər tarixinin bir hissəsi.

3- Yetimlər kimi ehtiyacı olanlara dəstək olmaq

4- Təbii və ədalətli üsula əsaslanan miras hüququ

5- Evliliklə bağlı hökmlər və ictimai əxlaqı qoruyan proqramlar.

6- İctimai mülkiyyətin qorunması ilə bağlı ümumi hökmlər.

7- İslam ümmətinin düşmənlərini tanımaq və onlara qarşı ayıq olmaq.

8- İslam hökumətinə və onun rəhbərinə itaət etmək.

9- Hicrət etməyin əhəmiyyəti və zəruriliyi

Peyğəmbərdən rəvayət olunur ki, bu surəni oxuyan şəxs miras qoyub getmiş bütün möminlərə sədəqə vermək kimidir və ona qul azad etmək kimi savab yazılacaqdır.

Aydındır ki, bu rəvayətdə və buna bənzər bütün rəvayətlərdə məqsəd təkcə ayələri oxumaq deyil. Oxumaq əslində dərk etmək üçün başlanğıcdır, bu da öz növbəsində onu fərdi və ictimai həyatda tətbiq etmək üçün müqəddimədir.

captcha