IQNA

Qəzza müharibəsi səbəbindən Pakistanda Yeni il şənlikləri ləğv edilib

8:57 - December 30, 2023
Xəbər sayı: 3495203
İQNA – Pakistan hökuməti cümə axşamı axşam saatlarında ölkənin Qəzza zolağında yaşayan fələstinlilərlə həmrəylik əlaməti olaraq Yeni il şənliklərini qadağan etdiyini və vətəndaşlardan sadə mərasimlərə sadiq qalmalarını istədiyini bildirib.

"İQNA", "Rusiya Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Pakistanın baş nazirinin səlahiyyətlərini icra edən Ənvər Əl-Haq Kakar cümə axşamı axşam televiziya ilə verdiyi açıqlamada, bu il Qəzza zolağına görə, Yeni il şənliyi ilə bağlı hər cür mərasimin təşkilinin tamamilə qadağan olunduğunu açıqlayıb.

O əlavə edib: “Pakistan xalqı və İslam xalqı Qəzzada məzlum fələstinlilərin soyqırımı və Qəzza zolağı və İordan çayının qərb sahilində günahsız uşaqların öldürülməsi ilə bağlı dərin kədər hissi keçirir”.

Pakistan adətən Yeni il gecəsini atəşfəşanlıq da daxil olmaqla şənliklərlə qeyd edir və ölkə bankları yanvarın 1-də bağlanır.

Bununla əlaqədar, Birləşmiş Ərəb Əmirliklərinin Şarcə Əmirliyi cümə axşamı verdiyi bəyanatda Qəzza xalqı ilə həmrəylik məqsədilə Yeni il ərəfəsində hər hansı atəşfəşanlıq və sevinc nümayişlərinin qadağan olunduğunu elan edib.

Bundan əvvəl İraqın bəzi kilsələri də Yeni il şənliklərinin ləğv edildiyini açıqlamışdı.

4190561

captcha