IQNA

Əqidə prinsipləri; Nübüvvət / 42

Peyğəmbərlərin vəzifəsi ədalətə və yaxşılığa dəvət etməkdir

17:29 - November 21, 2023
Xəbər sayı: 3495017
TEHRAN (İQNA) – Allahın elçilərinə peyğəmbər olduqdan sonra müxtəlif vəzifələr verilir. Bunlardan biri də ədalətlə hökm etmək və yaxşılığa dəvət etməkdir.

Peyğəmbərlər insanlar arasında ədaləti mühakimə etməkdən məsuldurlar. Qurani-Kərimin “Yunis” surəsinin 47-ci ayəsində belə buyurulur: “Hər bir ümmətin bir peyğəmbəri olmuşdur. Peyğəmbərləri onlara gəldiyi üçün aralarında olanlar ədalətlə hökm olunacaq və onlara zülm edilməyəcək”.

 “Sad” surəsinin 26-cı ayəsi: “Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. İnsanlar arasında ədalətlə hökm ver!”

İlahi peyğəmbərlər həmişə yaxşılığa təşviq etmək və insanları yaxşılığa dəvət etmək vəzifəsini daşıyırlar. “Əraf” surəsinin 157-ci ayəsində buyurulur: “Peyğəmbər onlara yaxşı işlər görməyi əmr edir və pislikdən çəkindirir”;

Bütün İlahi peyğəmbərlər insanları şirkdən tövhidə, ayrılıqdan vəhdətə, talan etməkdən fədakarlığa, qətldən qardaşlığa, israfdan zahidliyə, cəhalətdən biliyə, zülmdən ədalətə, ayrı-seçkilikdən bərabərliyə, məğrurluqdan təvazökarlığa və şirkdən ixlasa hidayət etməkdə məsuldurlar. Onlar həmçinin özləri ilə geniş, hərtərəfli və həqiqətən böyük mədəni inqilab gətirdilər.

• Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə peinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür

captcha