IQNA

Əqidə prinsipləri; Nübüvvət / 41

Zalımlarla mübarizədə və məzlumları xilas etməkdə peyğəmbərlərin vəzifələri

8:14 - November 19, 2023
Xəbər sayı: 3495010
TEHRAN (İQNA) – Allahın elçiləri nübüvvət dərəcəsinə çatdıqda müxtəlif vəzifələrə sahib olublar. Bunlardan biri də zalımlara qarşı mübarizə aparmaq və məzlumları qorumaqdır.

Musaya (ə) xitabən Allah "Taha" surəsinin 24-cü ayəsində buyurur: “Fironun yanına get, çünki o həddi aşmışdır”.

Peyğəmbərlərin əsas planı bütün zalımların qarşısını almaq və onlarla ciddi mübarizə aparmaqdır. Bu mübarizə tövhid inancının əsasını təşkil edir. “Allahdan başqa məbud yoxdur” cümləsi İslamın əsas prinsipini ifadə edir. Biz yalançı tanrıları rədd etmədən “Allaha” çata bilmərik. Tövhidin şüarı olan “La ilahə illəllah” cümləsində əvvəlcə bütün tağutlar inkar edilir. Sonra biz Allahla tanış oluruq. Qəlb Allahdan başqa hər şeydən təmizlənmədikcə, Allaha yer qalmaz.

məzlumların xilas olması

Taha surəsinin 47-ci ayəsi: “Onun yanına get və de: Biz sənin Rəbbinin elçiləriyik. İndi qoy bəni-israil bizimlə gəlsinlər. Onlara işgəncə verməyin”.

İlahi peyğəmbərlərin vəzifəsi zülm altında olan yoxsul və məzlumları xilas etməkdir. Sözsüz ki, peyğəmbərlər tərəfindən zülmün pislənməsinin izahı ölkələrin seminarlarında, qətnamələrində və diplomatik şüarlarında baş verən qınaqların izahından ayrıdır, Çünki görürük ki, Musa (ə) həqiqətən də bəni-israili xilas etdi və Fironu köməksiz qoydu.

Lakin insan haqları müdafiəçiləri həyatları boyu insanları xilas etmək üçün heç bir iş görməyiblər. Dünyanın heç bir yerində əzab çəkən məzlumların azadlığı üçün heç bir addım atmayıblar. Onlar yalnız insan hüquqları adı ilə özləri üçün hüquq təyin ediblər.

 

İndi dünyanın məzlum insanlarının bu təşkilatlardan ümidlərini kəsərək Peyğəmbərlərin yolu ilə getmələrinin vaxtıdır.

  Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.

captcha