IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 32

Ədalət istəmək fitridir

8:16 - November 15, 2023
Xəbər sayı: 3494995
TEHRAN (İQNA) – Bütün cəmiyyətlərdə zalımlara qarşı çıxan və əyilməyən insan təriflənər. Çünki zülmə qarşı mübarizə aparmaq, ədaləti dəstəkləmək rasional, təbii və fitri bir istəkdir.

Allah Qurani-Kərimin "Şəms" surəsinin 8-ci ayəsində buyurur: "Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrətdi".

Su içməyə getmək üçün sizin yanınızda almasını qoyan uşağı düşünün. Əgər qayıdıb onun almasının bir hissəsini yediyinizi görsə, sizə narahatlıqla baxacaq, bu, sizi etibarlı insan kimi gördüyünü bildirən bir baxışdır. Yəni almanı sənə əmanət etdim, niyə əmanətimə xəyanət etdin? Bu sözü desə də, deməsə də, uşağın beynindədir. Xəyanət məsələsini başa düşmək üçün təlimçı və müəllimə ehtiyac yoxdur. İnsanlar öz hisslərinə və təbiətinə görə bunu pis hesab edirlər.

İnsanın fitrətən sevdiyi şeylərdən biri də ədalətdir. Bu səbəbdən zalımlar belə zülmlərini qanuniləşdirərək öz əməllərini ədalətli göstərməyə çalışırlar.

Bəzən bir neçə nəfər bir araya gəlir və birlikdə oğurluq edirlər. Oğurlanan malları harasa aparırlar, sonra bölmək vaxtı gələndə deyirlər ki, gəlin ədalətlə bölək. Bəzən deməsələr də, ürəklərində ədalətli payı bəyənirlər. Onlardan biri daha böyük pay almaq istəsə, digərləri narahat olarlar.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha