IQNA

Əqidə prinsipləri; Nübüvvət / 40

Dini vəzifələri yerinə yetirməkdə peyğəmbərlərin vəzifəsi

8:34 - November 13, 2023
Xəbər sayı: 3494987
TEHRAN (İQNA) – Allahın elçiləri peyğəmbərlik məqamına çatdıqdan sonra dini ayin və vəzifələri yerinə yetirməyə borcludurlar.

Peyğəmbərlər həmişə cəmiyyətdə namaz, zəkat, yaxşılığa əmr edib və pisıiklərdən çəkindirmək kimi dini vəzifələri yerinə yetirmək fikrində olublar.

Qurani-Kərimdə “Həcc” surəsinin 41-ci ayəsində buyurulur: "O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)".

  Namaz Allahın bəndələrinin öz yaradanı ilə əlaqəsinin, zəkat isə bəndələrin bir-biri ilə əlaqəsinin təzahürüdür və əmr be məruf və nəhy əz münkər cəmiyyətdə dəyərləri və yaxşılığı dirçəltmək, çirkinlik və şəri silmək təzahürüdür. Amma peyğəmbərlərin düşmənləri hakimiyyətə gəldikdə fitnə-fəsad, müharibə və dağıntı yaratmaq fikrində olurlar.

Peyğəmbərlərin düşmənləri hakimiyyəti ələ keçirdikdə ixtilaf, fəsad, müharibə və dağıntı arxasınca düşürlər.

"(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz!" (Bəqərə, 205).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Nübüvvət)" kitabından götürülmüşdür.
captcha