IQNA

İslamın əqidə prinsipləri; Məad / 44

Pis iş görənlərdən ölümündən sonra ağrılı mesajlar

8:15 - November 08, 2023
Xəbər sayı: 3494969
TEHRAN (İQNA) – Peyğəmbərimiz (s) bir hədisində buyurur ki, kafirlər və Allah düşmənləri ölüb qəbirlərinə getdikləri zaman ətrafdakılara mesajlar verir və onlara səslənirlər.

Bu mesajları eşitmək üçün səmavi qulaqların olması lazımdır. Biz sadə insanlar bunu eşidə bilmirik. Peyğəmbərimizin (s) və onun Əhli-beytinin (ə) kəlamlarına nəzər salaq.

Kafir ətrafındakılara belə səslənir:

-Şeytana aldandım, mehribanlıqla məni doğru yoldan azdırdı.

- Dünyaya aldandım, ona güvəndim və Allahı unudub qəflətə düşdüm.

  - Dost kimi görünən insanlar məni aldatdılar, məni tək qoyub, aşağıladılar.

- Övladlarıma aldandım, onların xoşbəxtliyi üçün dinimi, dünyamı hədər etdim.

- Sərvətimə aldandım, Allaha, insanlara xəsislik etdim, xərcləmədim.

- İndi uzun müddətdir məzarda əzab çəkirəm, inləyirəm...

Sonda deyir: "Utanıram. Allah yolunda qəflət və səhlənkarlıq etdiyimə görə peşmanam...".

Peyğəmbərimiz (s) hədislərinin birində buyurur: "And olsun, Məhəmmədin canı əlində olan qüvvəyə! Əgər insanlar ölülərin yerini görsələr və onların səsini eşitsələr, oranı tərk edib özlərinə ağlayardılar. Çünki o ölənin ruhu onun bədəninin üstündə qışqırır və deyir: Ey ailəm və övladlarım! Dünya məni aldatdığı kimi sizi də aldatmasın. Ömrüm boyu yığdığım bütün malları halaldan harama kimi başqalarına buraxdım. Başqaları dadını aldı, amma məsuliyyət mənə aiddir".

* Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

captcha