IQNA

Əqidə prinsipləri; Tövhid / 43

Şirkə bərabər bir davranış

9:00 - November 06, 2023
Xəbər sayı: 3494959
TEHRAN (İQNA) – Riyakarlıq odur ki, insan yaxşı işi Allahdan başqası üçün etsin.

Bir hədisdə belə oxuyuruq: "Hər bir riyakarlıq şirkdir". Allaha şərik qoşmanın dərəcələri vardır. Bəzən bütlərə, günəşə və aya sitayiş edənlər kimi açıq-aydın şəkildə təzahür edər, bəzən də o qədər incə olur ki, hətta insanlar bunu başa düşə bilmir.

Riyakarlıq insanların əməllərinə o qədər məkrli və gizli şəkildə nüfuz edir ki, insanlar çox vaxt öz əməllərində bu riyanı dərk edə bilmirlər.

Başqa bir hədisdə oxuyuruq: Şirk və onun aşkarlanması məsələsi o qədər həssasdır ki, gecə yarısı qara daş üzərində qarışqanın hərəkətini tanımaq kimidir. Ona görə də daimi ilahi yardım olmadan bundan xilas olmaq mümkün deyil.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha