IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 30

İslamda ədalətin yeri

2:08 - November 04, 2023
Xəbər sayı: 3494952
TEHRAN (İQNA) – Ayə və hədislərə qısaca nəzər salsaq görərik ki, İslam mühiti ədalət mühitidir. Bir çox ayə və hədislərdə insanlara ədalətə riayət etmək, zülm və xəyanətdən çəkinmək tövsiyə və əmr olunur.

İslam ədalətli və mötədil bir məktəbdir, İslam ümməti isə orta yolda olan və sistemi ədalətli bir ümmətdir. İslamda namaz da, zəkat da var. O, Allah övliyalarının dostluğu ilə yanaşı, düşmənlərdən uzaqlığa da malikdir. Elmi dəstəklədiyi kimi, əməli də dəstəkləyir, iman məsələsinə gəldikdə isə, yaxşı əməlləri də vacib bilir. Allaha təvəkkül etməyi tövsiyə edirsə, fəaliyyət və səyə də əmr edir. Əgər malik olmağı möhtərəm sayırsa, malikiyyətdən sui-istifadəyə də icazə vermir. Əgər bağışlamağı əmr edirsə, hədləri tətbiq edərkən də qətiyyətli olmağı əmr edir. O, mərhəmətin günahkarı cəzalandırmasına mane olmasına imkan vermir.

  İmam Əliyə (ə) deyirlər: Filankəs diqqətlə namaz qılır, İmam soruşur: “Nə qədər ağlı var?” Onun düşüncə tərzi nədir?

  Yəni fərdin ibadətində kamillik varsa, onun düşüncə tərzinə diqqət yetirmək lazımdır.

  Yaxud başqa yerdə oxuyuruq ki, İmamın (ə) hüzurunda bir insanı çox tərifləyirlər, İmam soruşur: “Kəyfə Salatuh?” Onun namazı necədir?

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha