IQNA

İslamın əqidə prinsipləri; Məad / 43

Bir insanın ölümündən sonra digərlərinin vəzifələri

11:02 - October 31, 2023
Xəbər sayı: 3494939
TEHRAN (İQNA) - İnsan vəfat etdikdən sonra onun yaxınları və qohumlarının müəyyən vəzifələri vardır. Əgər ölənin qohumu yoxdursa, digər möminlər bu vəzifələri yerinə yetirməlidirlər.

İnsan öldükdən sonra dəfn etmək üçün hazırlıqlar görülməlidir. İnsanın ölümündən sonra qohumlarından və digər möminlərdən bəzi əməlləri (məsələn: qüsl, kəfən etmək, namaz qılmaq və dəfn etmək) yerinə yetirmək tələb olunur. Bu mövzuda dəfn mərasiminə aid olan işlər ən qısa zamanda və daha əzəmətlə yerinə yetirilməlidir. Bu mühüm əməlləri qohumlar və ya digər möminlər yerinə yetirməlidir.

Dəfn mərasimi

Dəfn mərasimində üç məsələyə diqqət yetirilməlidir: Birincisi mərhuma ehtiram, ikincisi sağ qalanlara başsağlığı, üçüncüsü də cənazəni aparanların ibrət almasıdır.

İmam Baqir (ə) buyurur ki, hər kim cənazə ilə birlikdə hərəkət edərsə, ölülər üçün dua edərsə, mələklər də onun üçün eyni duanı oxuyarlar.

İmam Sadiq (ə) buyurur: “Hər kim ölü üçün dua edərsə, Allah onun günahlarını bağışlayar və hər kim möminin cənazəsinin bir küncündən tutarsa, Allah onun 25 böyük günahını bağışlayar.

Bir rəvayətdə deyilir ki, Peyğəmbər (s) dəfn mərasimində çox kədərli və düşüncəli olub, özü ilə danışıb.

Həzrət Musa (ə) Allahdan soruşdu: "Ölünü dəfn edənin savabı nədir?” Belə cavab gəlir: Mən mələklərimi göndərəcəyəm ki, bayraqlarla qəbirdən Behiştə qədər onu müşayiət etsinlər".

Allah Rəsulu (s) hədislərinin birində buyurur: "Möminin ilk hədiyyəsi onun və onun dəfn mərasiminə gələn hər kəsin günah və xətalarının bağışlanmasıdır".

Başqa bir rəvayətdə isə deyilir ki, xəstələri ziyarət etmək və ölüləri dəfn etmək insanlara axirət həyatını xatırladır.

Peyğəmbərimizin (s) başqa bir hədisində oxuyuruq ki, Allah cənazəni dəfn etmək üçün atılan hər addıma görə yüz milyon yaxşılıq verir və yüz milyon səhvi bağışlayar.

Bütün bu xeyirxah əməllər cənazənin dəfn edilməsi üçün götürüldüyü zaman yarana biləcək qurucu təsirlərdən irəli gəlir. Çünki cənazəni müşayiət etmək insanın özü haqqında düşünməsi, ölümün gələcəyi an üçün ayıq olması, həvəs və şövqlərini cilovlamaq, dünyaya qapılmamaq üçün bütün cəhdlərə son qoymağa bir vasitədir. Eyni zamanda möminin şəxsiyyətinə hörmətdir. Daxili inqilabdır. Əgər mərhum şəhiddirsə, bütün bunlardan əlavə, ona hörmət etmək İslamı, Quranı və onun məqsədini tərifləmək deməkdir.

Deyirlər ki, Həzrət Əli (ə) dəfn mərasimində gülüş səsi eşidib qəmgin olur. Həzrət: “Ölümü öz gözləri ilə görüb, hələ də ondan qafil olub, unudanlara təəccüb edirəm” buyurur.

İmam Sadiq (ə) buyurur: "Meyiti dəfn etdikdə sanki kəfənin içindəymiş kimi davran. Sanki Allaha dua edirsən ki, Allahım, məni geri qaytar. Həmçinin təsəvvür edin ki, Allah sizi geri qaytarıb və nə etməli olduğunuzu düşünün".

* Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

captcha