IQNA

Qətərdə "ən yaxşıların" Quran yarışları keçiriləcək

14:24 - October 05, 2023
Xəbər sayı: 3494828
DOHA (IQNA) – Qətərin Vəqflər Nazirliyi “Ən yaxşıların” Beynəlxalq Qurani-Kərim müsabiqəsinin keçirilmə tarixini noyabrın 1-i təyin edib.

"İQNA", "Ər-Rayə"-yə istinadən xəbər verir ki, Qətərin Vəqf və İslam İşləri Nazirliyi Şeyx Casim ibn Məhəmməd ibn Sani Quran müsabiqəsinin beynəlxalq hissəsi hesab edilən ən yaxşıların Quran müsabiqəsinin ikinci turunun keçiriləcəyini elan edib.

Bu turnir noyabrın 1-dən 12-dək keçiriləcək.

Bu müsabiqənin təşkilat komitəsi verdiyi açıqlamada bildirib: "Dörd qitədən 26 ölkədə keçirilən Quran yarışlarında birinci yeri qazanmış 80 iştirakçı bu yarışmada “Ən yaxşıların ən yaxşısı” adını və ən yüksək mükafatı qazanmaq üçün iştirak edəcək. Onlar bir milyon Qətər Rialı məbləğində beynəlxalq yarışlar tarixində ən yüksək mükafatı qazanacaqlar".

Bu bəyanatın bir hissəsində deyilir: "İmam Məhəmməd ibn Əbdül-Vəhab məscidində beynəlxalq Quran yarışları keçiriləcək.

İştirakçılar isə Qurani-Kərimin mənalarını əzbərləməklə yanaşı, bütün Qurani-Kərimi əzbərləmək üzrə yarışacaqlar".

4173135

captcha