IQNA

Quran surələri / 114

Şeytansifətli insanların vəsvəsəsi haqqında xəbərdarlıq

9:11 - September 19, 2023
Xəbər sayı: 3494760
TEHRAN (IQNA) – Şeytan insanın andiçmiş düşmənidir. Həmişə insanı azdırmağa çalışıb. Amma şeytandan başqa, başqalarını azdıran və şeytan kimi davranaraq insanlara bəla gətirən insanlar da var.

Qurani-Kərimin yüz on dördüncü surəsi “Nas” adlanır. 6 ayədən ibarət olan bu surə Quranın 30-cu cüzündə sonuncu surə kimi yerləşdirilmişdir. Məkkə surəsi olan “Nas”, Qurani-Kərimdə nazil olma sırasında 21-ci surədir.

Bu surə xalq mənasına olan “Nas” adlanır. Çünki bu surədə bu kəlmə üç dəfə gəlib. Həmçinin bu surəni oxumaqla insan özünü şeytanın vəsvəsələrindən qoruyur və Allaha sığınar. Allah “Nas” surəsində İslam Peyğəmbərinə (s) gizli vəsvəsələrdən Allaha sığınmağı əmr edir.

Bu surədə “Nas” kəlməsi üç dəfə qeyd olunub. Təfsirçilər birinci “Nas”ın ümumən insanlar mənasına gəldiyini düşünürlər; İkinci “Nas” cin və insanların hücumuna məruz qalan insanlara, üçüncü “Nas” isə özləri vəsvəsə edən insanlara aiddir.

İnsan öhdəsindən gəlməyə gücü çatmayan bir bəla ilə qarşılaşdıqda, qüdrətli bir insana sığınır; Müdir və ya tərbiyəçi kimi ki, onun ehtiyaclarını ödəyir. Qüdrət və nüfuz sahibi olan hökmdar və ya həqiqi məbud olan bir tanrı. Allah hər üç sifətə malikdir. O, insanın idarəçisi və tərbiyəçisidir. O, dünya və aləmlərin hökmdarıdır. O, insanların həqiqi tanrısıdır. Ona görə də insan sıxıntı içində olanda, Allaha sığınması və Allahdan kömək istəməsi uyğundur.

Bu surədə şeytan “Vəsvasul-Xənnas” (Gizli vəsvəsə edən) sifəti ilə tanıtdırılır; Təfsirçilər bu sifətin səbəbini belə bildiriblər: Şeytan insanı Allahı zikr etdiyi zamana qədər davamlı olaraq vəsvəsə edər. Sonra gizlənər və geri çəkilər, insan Allahı zikr etməyi unudan kimi qabağa çıxar və onu vəsvəsə edər. İnsana vədə verir və onu günaha doğru getmək üçün gözəl və cəlbedici arzularla aldadır.

Bu surədə deyilənlərə əsasən, sinə şeytanın vəsvəsə yeridir. Çünki insanın şüur ​​və idrak yeri adətən qəlbə aid edilir.

O, vəsvəsə edən qruplar haqqında da belə deyir: "Minnəl-Cinnəti vən-Nas": "İstər cinlərdən, istərsə də insanlardan olsun” (Nas, 6). Beləliklə, vəsvəsə edən qruplar cinlərdən də, insanlardan da ola bilər. Bəzi insanlar həddindən artıq azğınlıq səbəbiylə şeytani rəftara sahibdirlər. Həmçinin başqalarını azdırmaq gücünə malikdirlər və şeytan qədər təhlükəlidirlər.

captcha