IQNA

Mərakeşdə 17-ci beynəlxalq Quran müsabiqəsinin başlanması

17:10 - September 14, 2023
Xəbər sayı: 3494738
KASABLANKA (IQNA) – Kasablankada Qurani-Kərimin əzbəri, qiraəti, təcvidi və təfsiri üzrə Mərakeşin “Məhəmməd Sades” beynəlxalq mükafatının 17-si başlayıb.

"İQNA", Mərakeş Vəqf Nazirliyinin məlumat bazasına istinadən xəbər verir ki, Qurani-Kərimin hifzi, qiraəti, təcvidi və təfsiri üzrə 17-ci Beynəlxalq Məhəmməd Sades Mükafatı müsabiqəsi 12 sentyabr 2023-cü il çərşənbə axşamı Kasablankada başladı. Bu yarış iki gün davam edəcək.

Açılış mərasimi Mərakeşin Vəqf və İslam İşləri naziri, Kasablanka-Satta bölgəsinin qubernatoru və bir sıra nümayəndələrin və İslam ölkələrinin səfirlərinin iştirakı ilə Kasablanka şəhərindəki II Həsən Məscidi Quran Məktəbinin zalında keçirilib.

Bu müsabiqədə İslam ölkələrindən, ərəb ölkələrindən və digər Afrika, Avropa və Asiya ölkələrindən çoxlu sayda hafiz və qiraətçilərin və mərakeşli qarilərin iştirakı ilə yanaşı keçirilib.

Ancaq görünür, bu turnirin keçirilməsinə cümə axşamı Mərakeşi silkələyən böyük zəlzələ təsir edir, indiyədək bu zəlzələdə 2800-dən çox insan ölüb, 2600-dən çox insan yaralanıb.

4168745

captcha