IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 23

Həcc ziyarətinə getmək əmri

9:26 - August 01, 2023
Xəbər sayı: 3494541
TEHRAN (IQNA) - Allah “Ali-İmran” surəsində həcci özünə aid etmiş və insanların Allah üçün yerinə yetirməli olduğu işlərdən birinin Həcc səfəri olduğunu bildirmişdir. Allah bu ayədə iman əhlinə deyil, bütün dünya xalqlarına müraciət etmişdir.

 "İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər cür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər" (Həcc, 27).

Dünyanın Allahı bütün insanları xüsusi bir məkanda və zamanda toplanmağa və Onun məhəbbəti üçün bir evin ətrafında təvaf etməyə dəvət etmişdir. Həmçinin Onu yad edərək zaman və məkandan kənara çıxmağa və Ona qoşulmağa dəvət etmişdir. Habelə Onunla söhbətdən aramlıq məqamına çatıb və ətraflarında Onun müqəddəsliyinin aurasını hiss etsinlər.

Allah buyurur ki, hara üz tutsanız, Allah oradadır. Əgər O, müəyyən bir yer təyin edibsə, bu, Onunla görüşmək üçün dünya səhrasında hara getməyimizi bilmədiyimizə görədir. Bunun səbəbi biz insanlar bir-birimizi tanıyaq və dost olaq. Həmçinin bir yerə yığışəb və Rəbbimizi bir-birimizin gözünün aynasında görək.

Həccdə qurultaylar təşkil edək, bilik, mədəniyyət, adət-ənənə, mərifət və zənginlik mübadiləsi aparaq. Dostluğa, məhəbbətə mane olan, qəflətə və zülmə səbəb olan təmtəraqlardan əl çəkək. Hamımız bir rəng, bir paltar olub, ancaq insanlığımızla üz-üzə gələk.

Gəlin bu böyük həcc sərgisində iştirak edək və Qiyamət səhrasını hiss edək. Həmin gün Rəbbin hüzuruna tək və heç bir mövqe və mal-dövlət olmadan, yalnız təmiz qəlblə çıxmalıyıq. Mərifət daşıyla, sevgi və dostluq alətləri ilə üzünübəyənmə şeytanını özümüzdən qovaq. Dünyada çaş-baş qalan, sərgərdan gəzən, susuz övladlarına, aclarına su-çörək gətirmək üçün ora-bura gedən hər kəsə rəğbət bəsləyək.

Gəlin bir neçə gün mübarizəni dayandıraq və bir-birimizlə şirin danışmağı öyrənək. Bir neçə gün nəfs güzgüsünə baxmayaq. Dünya ləzzətlərindən uzaq mələklərə və yuxarıdakı dünyaya baxaq. Yeməkdən, yatmaqdan, məqam və mövqedən daha ülvi ləzzətləri düşünək. Vətənə dönəndə, biz bu yaxşı keyfiyyətləri saxlamağa çalışacağıq.

Gəlin bu heyvani canı qurban edək və ilahi ruhun süfrəsində oturaq. Allah İbrahim Xəlilə (ə) dedi ki, Mənim üçün susuz, otsuz bu dərədə bir ev tikdir. Onu tikəndə dedi ki, indi camaatı bu evə dəvət et. Xəlil dedi: "Ya Rəbb, bu səhrada mənim çağırışımı eşidən yoxdur və bu qocanın səsi necə səhralara, dənizlərə nüfuz edib dünyanın qulağına çata bilər?

Allah buyurdu: "Dəvətini eyni titrək səslə et, Mən də bunu hamıya çatdıraram. Bu heyrətamiz bir öngörüsür ki, indi hər il minlərlə insan bu dəvətə cavab verir, piyada və digər vasitələrlə evin ətrafında toplaşır.

* Ustad Hüseyn Muhyiddin İlahi Quşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4115363

captcha