IQNA

Quran surələri / 101

Sərt dağların pambıq kimi olduğu gün

5:49 - July 30, 2023
Xəbər sayı: 3494532
TEHRAN (IQNA) - Qiyamətin əlamətlərindən biri də yerin dağılmasıdır. Elə ki, dağlar parça-parça olub pambıq kimi olacaq; Hər hansı bir zəlzələdən üstün olan bir hadisədir ki, “Qariə” surəsində təsvir olunub.

Qurani-Kərimin yüz birinci surəsi “Qariə” adlanır. 11 ayədən ibarət bu surə otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Qariə” İslam Peyğəmbərinə (s) nazil olan otuzuncu surədir.

Surənin ilk üç ayəsində “Əl-Qariə” sözü təkrarlanır; “Qariə” qiyamət gününün adlarından biridir və əzmən mənasındadır. Bəzi təfsirçilər demişlər ki, Qiyamət günü qəlblərin qorxu ilə döyünməsi və Allahın düşmənlərini əzabla əzdiyi üçün Qiyamət gününün “Qariə” adlandırılıb. Bu həm də Qiyamət günü dünyanın dağılması üçün bu mənaya gələ bilər.

Bu surə üç mövzuya işarə edir: Qiyamət böyük və əzici bir hadisədir; Qiyamətdə insanların dəhşəti və sərgərdanlığına həmçinin insan əməllərinin xüsusi tərəzi ilə ölçülməsinə işarə olunur.

Bu surə əvvəldən axıra kimi Qiyamət günü baş verəcək hadisələrdən bəhs edir. Habelə həmin gündə insanın çətinliklərindən, şəraitindən və taleyindən bəhs edir. Əgər kiminsə yaxşı əməlləri onun pis əməllərindən və günahlarından daha qiymətlidirsə, onun xoşbəxt və əbədi həyatı olacaq. Kiminsə pis əməlləri və günahları yaxşılıqlarından çox olsa, cəhənnəmə girəcək.

Bu surədə Qiyamət günündə iki mühüm və əlbəttə ki, qorxulu hadisədən bəhs edilir. Birinci hadisə surənin 4-cü ayəsində qeyd olunur: “O gün ki, insanlar kəpənəklər kimi səpələnəcəklər”. Bu ayəyə əsasən, Qiyamət günü insanlar dağılışıb bir-birindən qaçacaqlar.

Digər bir əlamət isə dağların pambıq kimi açılıb yumşalmasıdır: “Dağlar isə didilmiş yun kimi olacaqdır!” (Qariə, 5). Qiyamət günü üçün belə bir əlamət insanın təcrübə və ya təsəvvür etdiyi hadisələrdən üstündür.

Bu surədə vurğulanan digər bir məqam da budur ki, insan cənnətə və axirət səadətinə çatmaq üçün dünya həyatında cihad etməli və cənnətə çatmağa layiq olan şəkildə yaşamalı və davranmalıdır. Necə ki, bu surədə buyurulur: “(O gün) tərəzisi ağır gələn (yaxşı əməlləri pis əməllərdən çox olan) kimsə, (Cənnətdə) xoş güzəran içində olacaq!” (Qariə, 6 və 7).

Altıncı ayədə insanların işlərini ölçmək və qiymətləndirmək üçün “mizan” (tərəzi) kəlməsinin cəm (məvazinuh) formasında işlənmişdir. Ola bilər ki, insanın işləri müxtəlif alətlərlə ölçülür və hər işin öz miqyası var.

captcha