IQNA

Quran surələri / 100

Allaha qarşı nankor olan insanı qınamaq

9:54 - July 29, 2023
Xəbər sayı: 3494529
TEHRAN (IQNA) - İnsan Allahın yaratdığı ən üstün məxluqdur. Lakin Qurani-Kərimin bəzi ayələrində insan Allah tərəfindən qınanılır. O cümlədən, Allahın nemətlərini unutduqları halda Allaha nankorluq etdikləri vaxtlar qınanırlar.

Qurani-Kərimin 100-cü surəsi “Adiyat” adlanır. 11 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. “Aadiyat” surəsinin Məkkə və ya Mədinəi surəsi olması ilə bağlı fikir ayrılığı var. Bu surə İslam Peyğəmbərinə (s) nazil olan on dördüncü surədir.

"Adiyat" çaparkən səsləri eşidilə bilən sürətli çapan atlardır. Bu surənin birinci ayəsində Allah elə hazır atlara və atlılara and içir ki, onların ayaqlarından od çıxır və səhər tezdən düşmənə hücum edirlər. Ona görə də bu surə “Adiyat” adlanır.

Bu surənin mövzuları bunlardır: 1. Döyüş atlarına and içmək və Allah yolunda cihad edənləri tərifləmək; 2. İslam Ordusunun qələbəsini vəsf edir; 3. İnsanın xəsisliyi və nankorluğu; 4. Qiyamət günü ölülərin dirilməsi.

“Adiyat” surəsi Allah yolunda cihad edənləri və əsgərləri vəsf etməklə, döyüş səhnəsini təsvir etməklə insanın öz Rəbbinə qarşı nankorluğuna, insanın pula və dünyapərəstliyinə görə xəsisliyinə işarə edir. Həmçinin Qiyamət gününün xüsusiyyətlərini və o günün necə olacağını xatırladır.

Bu surədə insan Allaha qarşı nankorluqda ittiham olunur: “İnsan öz Rəbbinə qarşı çox nankordur” (Aadiyat, 6). Başqa ayələrdə insan bəzi sifətlərə malik olduğu üçün qınanılmışdır. Məsələn, zülmkar və nadan, həris, ümidsiz, səbirsiz və xəsis olduğuna görə qınanıb. Halbuki, bəzi ayələrdə insana ehtiram göstərilib, digər məxluqlardan üstünlük verilir. Bu zidiyyət ondan irəli gəlir ki, insanlarda iki cür qərar qəbuletmə vasitəsi var: Biri ağıl, digəri isə instinktdir. Əgər Allaha bəndəlik və ilahi tərbiyə yolunda olsa, üstün olar. Nəfs və vəsvəsə yolunda olarsa, əsas məqsədindən uzaq olar.

İnsanın əsas məqsədindən uzaqlaşmasının səbəblərindən biri də onun dünya malına olan güclü marağıdır: “Həqiqətən, o, mal-dövlətə aşiqdir” (Aadiyat, 8). Quran bir insanın dünyada olan pul və mallarının düzgün şəkildə əldə edilməsini və doğru istifadə edilməsini anlaması üçün dünya malından “xeyr” (yaxşılıq) sözü ilə ad aparmışdır.

Əlbəttə, Əllamə Təbatəbai hesab edir ki, bu ayədə “xeyir” təkcə pul və mal deyil. Çünki insan zatən yaxşılığı sevir və onlara tərəf cəzb olunur. Bu da, ona Allaha şükür etməyi unutdurur.

captcha