IQNA

İraqın İsveçdəki səfirliyi qarşısında Qurana yenidən hörmətsizlik edilib

10:38 - July 21, 2023
Xəbər sayı: 3494487
STOKHOLM (IQNA) – Yenə də İsveç polisinin dəstəyi ilə Selvan Momika ölkənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi təhqir edib və İraq bayrağını yandırıb.

"İQNA", "Əl-Mədi"-yə istinadən xəbər verir ki, Solan Momika yenə də İsveç polisinin dəstəyi ilə Stokholmdakı ölkənin səfirliyi qarşısında Qurani-Kərimi təhqir edib və İraq bayrağını yandırıb.

Bu səhər qəzəbli iraqlı etirazçılar İsveç hökumətinin Qurani-Kərimi yenidən təhqir etməyə icazə verməsi ilə bağlı hərəkətinə etiraz olaraq ölkənin Bağdaddakı səfirliyi qarşısında nümayiş keçirib və onun bir hissəsini yandırıblar. İraq hökuməti etirazçıların bu hərəkətini pisləsə də, İsveçin hərəkətinə görə ölkə səfirindən Bağdadı tərk etməsini istəyib.

Etiraz edən müsəlmanlardan bəziləri “La ilahə illəllah və Muhəmməd Allahın Rəsulu” qışqıraraq bu çirkin hərəkətə etirazlarını bildiriblər.

4156591

 

captcha