IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 10

Cəmiyyətin hüquqları prioritetdir, yoxsa fərdin hüquqları?

18:56 - May 03, 2023
Xəbər sayı: 3494118
Əli (ə) buyurur: "Hökumətin idarəçiliyində sizin diqqətiniz bəzilərinin narahatçılığı bahasına olsa belə, camaatın rifahı və razılığına olmalıdır".

Tutaq ki, İslam hökuməti bölgənin ehtiyaclarına və ümumi rifaha görə bir küçənin tikintisinə göstəriş verir. Bu küçənin olması əhalinin və nəqliyyat vasitələrinin tələbatına, sıxlığına görə zəruridir, lakin hər bir küçənin salınmasında bəzi insanların evləri uçur, evin pulunu dövlətdən alıb yeni bir ev tikənə qədər çətinliklərə dözürlər. Burada bir neçə nəfərin əziyyəti üzündən millətin ehtiyaclarının əsasını və insanların rifahını nəzərdən qaçırmaq olmaz. İslamda malikiyyətin və fərdin hüquqlarının bütün əhəmiyyəti ilə birlikdə cəmiyyətin haqqına daha çox diqqət yetirilmişdir.

  Əmirəl-möminin Əli (ə) Malik Əştərə buyurdu: "Camaatın ehtiyacı olan malları yığıb saxlayanları çağırıb təbliğ və pis işlərindən çəkindirdikdən sonra, əgər əməllərinə davam edərlərsə, onlarla şiddətlə rəftar et. Sonra buyurur: Camaatın ehtiyacı olan malları yığıb saxlamaq fərd üçün faydalı olsa da, cəmiyyət üçün zərərlidir".

  Başqa yerdə buyurur: "Hökumətin idarəçiliyində sizin diqqətiniz bəzilərinin narahatçılığı bahasına olsa belə, camaatın rifahı və razılığına olmalıdır".

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha