IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 9

Ədalət və bərabərliyin mənası arasındakı fərq

20:04 - April 26, 2023
Xəbər sayı: 3494083
Bərabərlik ictimai ideallardan biridir, lakin İslamda ondan üstün olan başqa bir prinsip var ki, bu prinsip ədalətdir. Bəs ədalət əslində nə deməkdir?

Ədalət məfhumunun təfsirində və şərhində bəlkə də ən yaxşı ibarətlər Əmirəl-möminin Əli (ə) tərəfindən nəql olunmuşdur ki,  buyurmuşdur:

1_ اعطاء کل ذی حق حقه؛ Yəni, hər bir haqq sahibin haqqını ona vermək və məziyyətlərə riayət etmək, ya da buyurur:

2_ وضع الشیء فی موضعه؛ Hər şeyi öz yerinə qoymaq.

Bu məqama diqqət yetirmək lazımdır ki, ədalət hər yerdə və həmişə bərabərlik demək deyil; Müəllim bütün şagirdlərə - onların ləyaqətindən asılı olmayaraq bərabər qiymət verirsə - bu, ədalətsizlikdir. Oxuyan tələbələrə zülmdür.

  Əgər həkim xəstələrin vəziyyətini nəzərə almadan onların hamısına eyni dərmanı verirsə, bu, haqsızlıqdır. Bu iki misalda həkim və müəllimin ədaləti ondan ibarətdir ki, onlar müxtəlif qiymətlər və dərmanlar verirlər. Bu fərqlər ayrı-seçkilik deyil, bu fərqlər tövsiyə və əmr əsasında deyil, hikmət üzündəndir. Ona görə də hər hansı bərabərsizlik və fərqlilik, nə qədər ki, hikmət çərçivəsindən çıxmayıb, zülm olmayacaq.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha