IQNA

Kor misirli uşağın Quranı əzbərləməkdə heyrətamiz istedadı

21:48 - April 17, 2023
Xəbər sayı: 3494038
Əl-Əzhər Müəssisələri Departamentinin baş direktoru Qurani-Kərimi əzbərləməkdə heyrətamiz istedada malik Əl-Əzhərin gözdən əlil tələbəsinin videosunu dərc edib.

"İQNA", xəbər verir ki, Əl-Əzhər Müəssisələri Şöbəsinin Qurani-Kərim Məsələləri üzrə İdarəsinin baş direktoru Əl-Əzhərin gözdən əlil tələbələrindən birinin Qurani-Kərimi əzbərləməkdə heyrətamiz istedada malik olmasının videosunu dərc edib. Səlamənin Facebook hesabında yayımlanan bu videoda bu misirli gözdən əlil uşaq Qurani-Kərimi əzbərləməklə yanaşı, ayənin və səhifənin nömrəsini, eləcə də həmin səhifədəki ayənin yerini yadda saxlamağı bacarır.

Əl-Əzhər Müəssisələrinin Qurani-Kərim Məsələləri İdarəsinin baş direktoru qəlbi Quran nuru ilə işıqlanan bu kor uşağın hafizəsinə təəccübləndiyini bildirərək deyir: "Ondan bir ayə soruşduqda, sanki kompüterdə ayələri axtarırsan, çünki bu uşaq asanlıqla ayənin özündən əlavə, ondan əvvəl və sonrakı ayəni də xatırlayır".

O, bu istedadı Allahın bir hədiyyəsi kimi qiymətləndirdi. Allahdan bu uşağı ailəsi, Əl-Əzhər və Misir üçün qorumasına xatir dua etdi.

4134517

captcha