IQNA

Səudiyyə Ərəbistanının 24-cü Milli Quran Yarışmasının təfərrüatları

19:49 - November 12, 2022
Xəbər sayı: 3493247
Səudiyyə Ərəbistanının 24-cü Milli Quran Müsabiqəsi Qurani-Kərimin əzbərlənməsi, qiraəti və təfsiri sahələrində kişilər və qadınlar arasında iki kateqoriyada keçiriləcək.

"İQNA", "Əkkaz" xəbər saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam işləri, təbliğat və irşad naziri, bu ölkənin milli və beynəlxalq Quran yarışlarının ümumi nəzarətçisi Şeyx Əbdül-Lətif ibn Əbdüləziz Əl-Şeyx bununla bağlı deyib: "Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində Quran hifzi təlimi xeyriyyə birliklərində bu yarışların ilkin mərhələsinin yaradılması əmri verilib".

O əlavə edib: "Bu yarışmanın final mərhələsi Şəban ayında keçiriləcək. Ramazan ayının birinci və ikinci günlərində həm kişi, həm də qadın bölmələrində ən yaxşı qarilərin mükafatlandırılması mərasimi keçiriləcək".

Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi bu yarışların müxtəlif sahələrində qaliblər üçün üç milyon 366 min Səudiyyə riyalı nəzərdə tutub.

4098570

captcha