IQNA

Christies hərracında İslam əsərləri satılır

12:33 - October 28, 2022
Xəbər sayı: 3493156
Christies London hərracında oktyabrın 27-də bir sıra İslam və Hindistan əsərləri satışa çıxarılıb.

"İQNA", "Egypt Today"-ə istinadən xəbər verir ki, Christies London cümə axşamı, "İslam dünyası və Hindistan incəsənəti, xalçalar və şərq kilimləri" adlı hərrac açdı.

Bu hərracda çoxlu sayda kağız əlyazmalar və müxtəlif dizaynlı Quran nüsxələri, həmçinin əllə toxunmuş Slimi xalçaları yer alır.

Bu hərracda satışa çıxarılan əsərlər arasında Nəsx xətti ilə yazılmış və qızılı xətlərlə haşiyələnmiş Quran da var. Bu Quranın qiyməti 4000 ilə 6000 funt sterlinq arasında təxmin olunur.

Christies dünyaca məşhur sənət dileri və hərrac evidir. Bu auksion 1766-cı ildə Londonda yaradılmışdır.

4094920

captcha