IQNA

Vəhdət Konfransı İslam dünyasının problemləri üzərində birgə düşünmək üçün qızıl fürsətdir

14:57 - October 13, 2022
Xəbər sayı: 3493072
Suriya Üləma Şurasının sədr müavini deyib: "Beynəlxalq vəhdət konfransı müsəlmanların bir araya gəlməsi, İslam dünyasının problemləri üzərində birgə düşünmək, müsəlmanlar arasında parçalanma və qarşılıqlı əlaqə sahəsində problemləri həll etmək üçün qızıl fürsətdir.

"İQNA", xəbər verir ki, Suriya Üləma Şurasının sədr müavini Məhəmməd Həssan oktyabrın 12-də Tehranda keçirilən 36-cı Beynəlxalq İslam Vəhdəti Konfransında deyib: "Mən Suriyanın Vəqflər Naziri Muhəmməd Əbdüs-Səttar Əs-Seyyidin və bu ölkənin alimlərinin nümayəndəsiyəm. Bu konfransı keçirdiyinə görə İran İslam Cümhuriyyətinə təşəkkür edirəm".

O əlavə edib ki, bu konfransda çoxlu alim, tədqiqatçı və mütəfəkkir iştirak etmişdir. Vəhdətin əhəmiyyətini dərk edən hər kəs bu konfransın əhəmiyyətini anlayacaqdır.

Məhəmməd Həssan qeyd edib ki, beynəlxalq vəhdət konfransı müsəlmanların bir araya gəlməsi, İslam dünyasının problemləri üzərində birgə düşünmək, müsəlmanlar arasında parçalanma və qarşılıqlı əlaqə sahəsində problemləri həll etmək üçün qızıl fürsətdir.

4091485

captcha