"İQNA", "Nəbz"-ə istinadən xəbər verir ki, Mərakeş Beynəlxalq Quran Müsabiqəsinin 16-cı dövrəsi sentyabrın 27-də Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidinin müxtəlif sahələri üzrə Kasablanka şəhərində başlayıb.
Bu yarışma Mərakeş kralı “6-cı Məlik Məhəmməd” adı altında hər il Mərakeşin Vəqf və İslam İşləri Nazirliyi tərəfindən və Həzrət Peyğəmbərin (s) mövludunun ildönümü ərəfəsində keçirilir.
Bu yarışmada 40 ərəb, Afrika və Asiya ölkəsindən Qurani-Kərimin hafizləri və qariləri arasından 60 iştirakçı iştirak edir. Yekun nəticələr cümə günü elan ediləcək və qaliblər mükafatlarla təltif olunacaqlar.
4088327