"İQNA", "Ər-Rəy" qəzetininə istinadən xəbər verir ki, sentyabrın 5-də keçirilən bu mərasimdə İordaniyanın Vəqflər naziri Məhəmməd Əl-Xəlaylə bu ölkənin baş naziri Buşr Al-Xasavənə tərəfindən iştirak edib və çıxışı zamanı deyib: "İordaniyanın Vəqf Nazirliyi öz missiyasına və yanaşmasına uyğun olaraq, Quranın "Nəhl" surəsinin 125-ci ayəsinə istinad edərək, hikmət və gözəl təbliğatla Allaha çağırışa əməl edir".
Qurani-Kərimin həyatda öyrənilməsinin vacibliyini vurğulayan Əl-Xəlaylə deyib: "Quran əxlaqı bizi xeyirxahlığa, gözəl xüsusiyyətlərə dəvət edir. Biz bir-birimizlə münasibətdə, ailə və cəmiyyətlə davranışımızda Quran əxlaqına əsaslanmalıyıq".
Proqram Quran yay mərkəzlərindən sənədli filmin nümayişi və İordaniya Vəqflər Nazirliyinə bağlı dini surud qrupunun ifası ilə başa çatıb.
4081432