IQNA

Londonda İslam mərkəzləri alimlərinin 35-ci toplantısı keçirilib

9:02 - July 27, 2022
Xəbər sayı: 3492619
Londonda Britaniya İslam Mərkəzində Məhərrəm ayı ərəfəsində Beynəlxalq İmamət Konfransı adı altında Avropa İslam mərkəzlərinin alimləri və prezidentlərinin 35-ci toplantısı keçirilib.

"İQNA", İngiltərə İslam Mərkəzinə istinadən xəbər verir ki, bu toplantı Ayətullah Məkarim Şirazinin mesajının oxunması ilə imamətin necə təbliğ olunacağını araşdırmaq məqsədi ilə keçirilib. Bu toplantıda Qum, London və bəzi Avropa ölkələrinin elmi hövzələrindən çoxlu sayda alim əyani və onlayn şəkildə iştirak edib.

Bu konfrans 23 iyul 2022-ci il şənbə günü keçirilib. Bu toplantıda İran, İngiltərə və Almaniyadan olan tanınmış qonaq alimlərin çıxışlarından əlavə, İmamət haqqında səkkiz məqalə də təqdim olunub.

4073420

captcha