IQNA

İslam sivilizasiyasına aid əsərlər Londonda hərraca çıxarılacaq

15:35 - March 22, 2022
Xəbər sayı: 3491956
İslam incəsənəti və sivilizasiyası əsərləri ilə birlikdə bir sıra Avropa artefaktları Londondakı Apollo Qalereyasında hərraca çıxarılacaq.

"İQNA", "Pr NewsWire"-ə istinadən xəbər verir ki, Apollon Qalereyası bu tarixi əşyaların Misir, Hindistan və Çin sivilizasiyalarına aid olduğunu açıqlayıb və onların orijinallığı təsdiqlənib.

Qalereya hərracda satılacaq əşyaların sayını 488 ədəd olaraq açıqlayıb.

Qalereya rəsmilərinin dediyinə görə, hərraca çıxarılan əşyaların əksəriyyəti parlaq tarixə və böyük kolleksiyaçılara məxsusdur.

Hərracda satılacaq İslami əsərlər arasında Osmanlı dövrünə aid Əhməd Nəzifinin imzası və yazdığı, qiyməti 52 450-78 680 dollar arasında olan nadir tapılan Quran da var.

Hərracın martın 27-nə keçirilməsi nəzərdə tutulub.

4044503

captcha