IQNA

Türkiyə Fələstində 50 min nüsxə Quran paylayıb

9:24 - January 11, 2022
Xəbər sayı: 3491544
Türkiyə Diyanət Vəqfi İnstitutu 50 min nüsxə Qurani-Kərimin Fələstin məscidlərinə və Quran tədris mərkəzlərinə çatdırılması ilə bağlı yeni planı çərçivəsində Qəzza zolağına 20 min nüsxə çatdırıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Türkiyənin Qəzza zolağında fəaliyyət göstərən Qazi Dəstək Dərnəyi 20 min cild Qurani-Kərimi bazar günü məscidlərdə və Quran hifzi tədris mərkəzlərində paylanmaq üçün Qəzzadakı Vəqflər və Diyanət İşləri Nazirliyinə təhvil verib.

Qazi Dəstək Dərnəyinin rəhbəri Hani Sürəyya deyir: "Bu Quran nüsxələrinin yayılması Türkiyə Diyanət Vəqfinin himayəsi ilə həyata keçirilən "Quran hədiyyəm" kampaniyasının bir hissəsidir."

O əlavə edib ki, bu kampaniya çərçivəsində Fələstində təxminən 50 min cild Quran paylanacaq. 20.000 cild Qəzzaya, 30.000 cild isə İordan çayının qərb sahilinə, o cümlədən Qüds şəhəri üçün ayrılıb.

Sürəyya vurğulayıb ki, Qəzza Vəqflər Nazirliyinə çatdırılan Qurani-Kərim nüsxələri məscidlərdə və Quran hifzi dərnəklərində paylanacaq.

Qəzzanın vəqflər nazirinin müavini Əbdül Hadi Əl-Ağa, Türkiyə Diyanət Vəqfləri Təşkilatına və Qazi Dəstək Dərnəyinə təşəkkür edərək bildirib: "Bu plan Allahın kitabını qorumaq və insanları Qurani-Kərimlə əlaqələndirmək məqsədi daşıyır."

4027547

captcha