IQNA

Şotlandiyalı müsəlman nazir, uşağa qarşı ayrı-seçkilikdən şikayətlənib

17:22 - November 04, 2021
Xəbər sayı: 3491129
Şotlandiyalı müsəlman nazir, uşağa qarşı ayrı-seçkilikdən şikayətlənib

Şotlandiyanın səhiyyə naziri Həmzə YusifİQNA-nın "Ərəb News"-a istinadən verdiyi xəbərə əsasən, Şotlandiyanın səhiyyə naziri Həmzə Yusif deyib: "Məncə, bağça rəhbərliyi, islami adına görə, qızıma qarşı ayrı-seçkilik edib. Şotlandiyanın Uşaq Bağçası İdarəsi, Şotlandiya nazirinin şikayətini təsdiqləyib."

Şotlandiyanın səhiyyə naziri Həmzənin şikayəti ilə bağlı üç aylıq araşdırmadan sonra bu ölkənin qayğı müfəttişliyi bildirib: "Dandi şəhərindəki "Kiçik Alimlər Uşaq Bağçası", "Ədalət, Bərabərlik və Hörmətin yayılması üçün" edilən müraciətlərə səhlənkar yanaşıb."

Yusuf və həyat yoldaşı Nadia əl-Nəxlə, müfəttişliyə şikayət ediblər ki, uşaq bağçası, onların qızları üçün öz proqramlarında dəfələrlə yer ayırmayıb. Bir halda ki, başqa adlarda olan uşaqlara bu imkan tanınıb. Onlar, uşaq bağçası haqqında ayrıca hüquqi şikayət də ediblər.

Şotlandiya Müfəttişliyi bildirib ki, "Şotlandiyada hər bir uşağın ehtiyaclarına cavab verən və hüquqlarına hörmət edən keyfiyyətli qayğıya ehtiyacı var". Lakin bağça, şikayəti rədd edərək, bunun bir anlaşılmazlıq olduğunu bildirib.

Şotlandiyada İslam qorxusu fenomeni ilə bağlı yeni araşdırmanın nəticələri göstərir ki, Şotlandiya müsəlmanlarının 75%-i İslam qorxusu fenomenindən əziyyət çəkir.

4010532

captcha