İQNA, "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, min Quran hafizinin məzuniyyət mərasimi, Qəzzanın "Darul-Quran və Sünnə" qeyri-hökumət xeyriyyə birliyinin təşkilatçılığı ilə keçirilib. Bu mərasimdə bir sıra millət vəkilləri, siyasi və ictimai xadimlər, Qəzza zolağının Vəqflər və Dini İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Bu min Quran hafizi olan oğlan və qız, keçən aylarda Quran hifzi təlim çadırlarına qatılaraq, Quranı əzbərləməyə nail olublar.
Qəzzada Quran hafizlərinin məzuniyyət mərasimində dini surudlar, ilahilər oxumaqla yanaşı, Quran ayələri də qiraət olunub.
Qəzzanın "Darül-Quran və Sünnə" idari Şurasının sədri Əbdür-Rəhman Əl-Cəməl, tədbirdə çıxış edərək, Qətər Qadın Dərnəkləri də daxil olmaqla, Qəzzada Quran hifzi layihələrini dəstəkləyən qurum və təşkilatlara təşəkkür edib.
Qəzzanın Darül-Quranının direktoru Bilal Emad da mərasimdə deyib: "1992-ci ildə Qəzzada "Darül-Quran və Sünnə" Dərnəyinin yaradılmasından bu yana, kişi və qadınlardan ibarət 30 min Quran hafizi məzun olub."
Qeyd edək ki, Qəzzanın "Darul-Quran və Sünnə" Dərnəyi, 1992-ci ildən Quran hifzinin, qiraət və təcvid qaydalarının öyrədilməsi, hədis təlimi məqsədi ilə yaradılan qeyri-hökumət xeyriyyə birliyidir.