IQNA

Əfqanıstanda şiələrin məscidində partlayış törədilib

21:11 - October 08, 2021
Xəbər sayı: 3490922
Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış törədilib. Partlayışın Kunduz əyalətinin Xan Abad bölgəsində şiələrin cümə namazı qıldığı “Seyid Abad” məscidində baş verdiyi bildirilir.

Əfqanıstanın şimalındakı Kunduz əyalətində məsciddə partlayış törədilib.

Partlayışın Kunduz əyalətinin Xan Abad bölgəsində şiələrin cümə namazı qıldığı “Seyid Abad” məscidində baş verdiyi bildirilir.

İlkin məlumata görə, partlayış məscidin içərisində intiharçı terrorçu tərəfindən törədilib. 
Partlayış nəticəsində 60 nəfərin şəhid olduğu, 200 -dən çox insanın yaralandığı bildirilib. 
Hadisəni İŞİD terror qruplaşmasının qollarından birinin həyata keçirdiyi ehtimal edilir. /4003142
captcha