IQNA

NÜCƏBA Türkiyə və Azərbaycan zəvvarlarının təhlükəsizliyini təmin edib - Foto

14:30 - October 03, 2021
Xəbər sayı: 3490881
İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının təhlükəsizlik qüvvələri 2016-cı ilin ƏRBƏİN ziyarətindən indiyədək bütün səfərlərdə Türkiyə və Azərbaycan zəvvarlarının təhülükəsizliyini qoruyur.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının təhlükəsizlik qüvvələri 2016-cı ilin ƏRBƏİN ziyarətindən indiyədək bütün səfərlərdə Türkiyə və Azərbaycan zəvvarlarının təhülükəsizliyini qoruyur.

İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının təhlükəsizlik qüvvələri zəvvarlar İraq sərhədini keçəndən ziyarət ayinlərini tamamlayıb ölkələrinə qayıdarkən İraq sərhədləri çıxanadək onların təhlükəsizliyini qoruyur və hər yerdə onları müşayət edirlər.

NÜCƏBA İslami Müqavimət Hərəkatının media və beynəlxalq əlaqələr idarəsindən verilən məlumatda deyilir ki, hər il olduğu kimi bu il də (1443 hq) Ərbəin ziyarətində NÜCƏBA İslami Müqavimət Hərəkatı Türkiyə və Azərbaycan zəvvarlarının təhlükəsizliyini təmin edib.

Bundan əlavə təşkilatının maarifləndirmə idarəsinin işçiləri ziyarətin asan və daha səmərəli keçirilməsində zəvvarlara yardım ediblər.

Türkiyə və Azərbaycan zəvvarları ƏRBƏİN mərasimi çərçivəsində Nəcəf, Kərbəla, Kazimeyn və Samerra şəhərlərində müqəddəs ziyarətgahları ziyarət edərək Səfər ayının 23-də vətənlərinə dönüblər.

ƏRBƏİN zəvvarları NÜCƏBA İslami Müqavimət Hərəkatının xidmətlərinə təşəkkür və məmnunluq əlaməti olaraq təşkilatın sarı bayraqlarını öz ölkələrinin bayraqları ilə birlikdə bir çox yerlərdə özləri ilə daşıyıblar. / 4001665

سفر کاروان‌های اربعینی ترکیه و آذربایجان زیر چتر امنیتی نجباء

سفر کاروان‌های اربعینی ترکیه و آذربایجان زیر چتر امنیتی نجباء

سفر کاروان‌های اربعینی ترکیه و آذربایجان زیر چتر امنیتی نجباء

سفر کاروان‌های اربعینی ترکیه و آذربایجان زیر چتر امنیتی نجباء

سفر کاروان‌های اربعینی ترکیه و آذربایجان زیر چتر امنیتی نجباء

 

captcha