IQNA

Quran müsabiqəsi keçirilən yerə raket atıldı

22:47 - April 26, 2021
Xəbər sayı: 3489691
Əfqanıstanın şərqində yerləşən Kunar əyalətindəki inzibati binaya raket zərbəsi endirilib. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Əfqanıstanın şərqində yerləşən Kunar əyalətindəki inzibati binaya raket zərbəsi endirilib. Hadisə nəticəsində azı 5 nəfər xəsarət alıb.

Bu barədə əyalət şurasının başçısı Xan Məşvani məlumat verib.

Bildirilir ki, hücum zamanı orada Quran-Kərim tilavəti müsabiqəsi keçirilirdi və raket də məhz həmin zala dəyib.

Hələ ki, raketin haradan atıldığı məlum deyil.

Kunar qubenatoru İqbal Səid də hücum faktını təsdiq edib.

Lakin xəstəxanadakı mənbənin sözlərinə görə, hücum nəticəsində 15 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdiriliblər. Yaralıların hamısı Qurani-Kərim tilavəti müsabiqəsinin iştirakçılarıdır.

captcha