IQNA

İraqlı zəvvarlar yol qəzasında canlarını itirdilər

23:34 - March 08, 2020
Xəbər sayı: 3486864
Tehran (IQNA) -  Ötən gücə (7 Mart 2020) Həzrət Zeynəbin (s) müqəddəs ziyarətgahının İraqlı zəvvarlarını daşıyan avtobus qəzaya düşüb.

İraqlı zəvvarlar Suriyaya, Həzrət Zeynəbin (s) ziyarətə gedərkən yolda ağır yol qəzasına düşüblər. Hadisə nəticəsində 30 nəfər ölüb və 28 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

İraqın Kərbəla şəhərindən olan zəvvarları daşıyan avtobus böyük yük maşını (trailer) ilə toqquşub.

İraqın Milli Hikmət Hərəkatının rəisi Seyyid Əmmar əl-Həkim bu hadisəni çox acı xəbər hesab edərək deyib: Dostlarımızın ürək dağlayan yol qəzası xəbəri bizə çatdı. Onlar Dəməşq şəhərində olan müqəddəs ziyarətgahı ziyarət etmək üçün gedərkən qəzaya düşüblər.

Milli Hikmət Hərəkatının rəisi Seyyid Əmmar əl-Həkim dövlətdən və İraqın xarici işlər nazirliyindən hadisənin səbəblərini araşdırmasını və təfərrüatını xalq çatdırmasını istəyib.  

3883905

captcha