IQNA

Mosulda 7 məntəqə azad edilib

9:42 - November 27, 2016
Xəbər sayı: 3481054
İraq ordusu Mosulu azad etmə əməliyyatı çərçivəsində 7 məntəqənin azad edildiyi və 19 yaraqlının məhv edildiyini bildirib.


Mosulda 7 məntəqə azad edilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Türkiyə mediyasına istinadla xəbər verir ki, İraq ordusuna aid ortaq əməliyyatlar komandirliyi tərəfindən verilən yazılı açıqlamada, şəhərin cənubundakı Əş-Şəmsiyyat kəndində döyüş təyyarələrinin İŞİD-çilərin hərbi avtomobilini hədəf alması nəticəsində biri komandir olmaqla 4 terrorçu məhv edilib.

Orduya aid 9. zirehli birliklərin eyni məntəqədə icra etdiyi əməliyyatda Cilyuhan kəndi azad edilib, 6 yaraqlı terrorçu isə alətləriylə birlikdə təsirsiz hala gətirilib.

Dəclənin şərqindəki əməliyyatlarda isə 9 yaraqlının öldüyü və bomba yüklü bir avtomobilin məhv edildiyi qeyd edilib.

AA müxbirinə danışan Müdafiə Nazirliyinə bağlı Terrorla Mübarizə Vahidindən Kapitan Yezen Sabit, Mosulun şimal girişi olan əl-Qahirə məhəlləsinin geri qalan qisiminin azad edilməsi vəziyyətində Əş-Şəlalat məntəqəsində olan orduya aid 16. Divizyona yaxınlaşmış olacaqlarını açıqlayıb.

Qeyd edək ki, Terror qruplaşması İŞİD-in işğalında olan Mosulu xilas etmək üçün 17 Oktyabrda başladılan əməliyyat, şəhərin müxtəlif bölgələrində davam edir.

captcha