İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın paytaxtı Dəməşq şəhərində Qurban bayramı namazı bu gün, həftənin Bazar günü, bu ölkənin prezidenti Bəşşar Əsədin iştirakı ilə qılınıb.
Suriyanın Qurban bayram namazı mərasimi paytaxt Dəməşqin "əl-Fəram" came məscidində keçirilib.
Suriya dövləti bu il Qurban bayramı münasibəti ilə dövlət idarələrində beş gün tətil elan edib. Tətil günləri bu gün başlayıb və gələn həftənin Cüməaxşamı gününədək davam edəcək.
http://iqna.ir/fa/news/3834108