IQNA

Tokionun ən işlək yerlərindən biri olan Şinjukuda "Fələstin üçün danış" nümayişi keçirilib

5:18 - April 14, 2024
Xəbər sayı: 3495786
İQNA - Yaponiyanın paytaxtı Tokionun iş dünyası və bürokratiya mərkəzlərindən biri olan Şincuku rayonunda "Fələstin üçün danışın" nümayişi keçirilib.

Yaponiya qeyri-hökumət təşkilatlarının üzvləri və Tokioda yaşayan müsəlman ölkələrinin vətəndaşları paytaxtın Şinçuku stansiyasının qarşısında bir araya gəliblər.

Stansiyanın qarşısındakı piyada zolağında "Fələstin üçün danış" mövzusunda keçirilən tədbirdə nümayişçilər nağara, darbuka, saksafon, sinc kimi alətlərlə ritm saxlayaraq mahnılar oxuyublar.

Fələstin bayraqları daşıyan nümayişçilər "Yaponiya hökuməti, İsraili atəşkəsə çağır", "Fələstini çaydan-dənizə azad edin" və "Terrorçu İsrail hökuməti" kimi şüarlar səsləndiriblər.

İsrail ordusunun Qəzza zolağına hücumlarına etiraz edən nümayişçilər əllərində "İsrailə qarşı sanksiyalar tətbiq edin" və "Yaponiya xalqı Fələstin xalqının yanındadır" yazılı plakatlar qaldırıb.

captcha