IQNA

Afrikanın ən böyük Quran müsabiqəsi Tanzaniyada keçirilib

3:31 - March 27, 2024
Xəbər sayı: 3495695
İQNA - 2024-ci il martın 24-ü bazar günü Darüs-Salamdakı Benjamin Mkapa Milli Futbol Stadionunda Afrika qitəsinin ən böyük Quran yarışı keçirildi.

"İQNA"-nın İranın Tanzaniyadakı mədəni məsləhətçiliyinə istinadən verdiyi məlumata görə, bu müsabiqə Qurani-Kərimin hifzi üzrə sayca 24-cü müsabiqə olub. Bu müsabiqə xeyriyyəçilər və Tanzaniya hökumətinin vasitəsi və Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi İslam ölkələrinin yardımı ilə "Əl-Hikmə" Quranı Mühafizə İnstitutu tərəfindən təşkil olunub.

Öz növündə bənzərsiz olan bu yarışma hər il Tanzaniyada 100 mindən çox Quransevər müsəlmanın iştirakı ilə keçirilir.

24-cü qarşılaşmada günün ilk saatlarında havanın buludlu və yağışlı olmasına baxmayaraq, stadion insanla dolub. Çoxlu sayda insan da əsas stadiona daxil ola bilməyib.

Üç tanzaniyalı hafizdən başqa, Fil Dişi Sahili, Mali, Keniya, Toqo, Ruanda, Qambiya, Burundi, Seneqal, Cibuti, Qana, Somali, Əl-Cəziz, Nigeriya, Uqanda və Misirdən Qurani-Kərim hafizləri də var idi.

Bu yarışma ənənəvi olaraq Afrika ölkələrindən olan Qurani-Kərim hafizləri arasında keçirilsə də, bu il müsabiqəyə Danimarka, Portuqaliya, Yəmən və Səudiyyə Ərəbistanı daxil olmaqla, digər ölkələrin Quran hafizləri də qatılıb.

Ən gənc yarışçının 14, ən böyüyünün isə 25 yaşı var idi. Müsabiqənin münsifləri müxtəlif İslam ölkələrindən, o cümlədən Səudiyyə Ərəbistanı, Misir, Tanzaniya və Keniyadan seçilib.

Münsiflər heyətinin rəyindən sonra müsabiqənin qalibləri aşağıdakı kimi seçilib:

  1. 1. Fil Dişi Sahili ölkəsindən cənab İbrahim Su birinci olub. On min dollar qazanıb
  2. 2. Uqandadan cənab Hafiz Əbdul-Kərim Kabito ikinci olub. Altı min dörd yüz dollar qazanıb.
  3. 3. Tanzaniyadan cənab Kamil Əl-Əmin Saleh üçüncü olub. Dörd min beş yüz min dollar qazanıb.
  4. 4. Toqodan olan cənab Camilo İsmail Cora dördüncü olub və üç min dollar qazanıb.
  5. 5. Burundili cənab İdris Nişimovi, beşincibolub və min yeddi yüz dollar qazanıb.

Proqramın rəsmi qonaqları arasında Zənzibarın prezidenti Hüseyn Moini də olub. Proqram Tanzaniya və digər İslam ölkələrindən olan mədəniyyət, din və siyasi xadimlərin geniş iştirakı ilə keçirilib.

4207166

captcha