"İQNA", "National" saytına istinadən xəbər verir ki, İraqın Mosul şəhərinin görməli yerlərindən sayılan Nuri məscidi 2017-ci ildə İŞİD terrorçuları tərəfindən dağıdılıb.
YUNESKO dünyanın bütün memarlarını Mosul Nuri məscidinin yenidən qurulması müsabiqəsində iştirak etməyə çağırmışdı.
2017-ci il dekabrın 26-da “Mosulun ruhunun canlandırılması” adı altında aparılan yenidənqurma işlərinin açılış mərasimi olub.
YUNESKO-nun İraqdakı layihəsinin baş direktoru Mariya Rita Astoso bildirib ki, 2018-ci ildə başlanılan bu layihədə məscidin strukturunun və minarəsinin tikintisi başa çatdırılıb və günbəzin möhkəmləndirilməsi, həyətin yenidən qurulması məscidin tikintisi başa çatıb, lakin minarənin son suvaq işləri hələ tamamlanmayıb.
YUNESKO-nun “Mosulun ruhunun canlandırılması” adlı layihəsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Nuri məscidinin və yaxınlıqdakı iki kilsənin bərpası üçün 50 milyon dollar məbləğində maliyyələşdirilib.
Əl-Nuri məscidi Mosulun qərbində yerləşən İraqın tarixi məscidlərindən biridir. Bu məscid hicri 6-cı əsrdə Zəngi sülaləsinin türk hökmdarlarından Nurəddin Zəngi tərəfindən tikilmişdir və tarixi 9 əsrdən çoxdur.
Bu tarixi abidə əyilmiş minarəsi ilə Misirin ən məşhur abidələrindən biri idi. İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə bu məsciddə xilafətini elan edib, lakin üç il sonra İraq qüvvələri bu məscidə yaxınlaşanda İŞİD terrorçuları məscidi dağıdıblar. Bu məscid dəfələrlə yenidən qurulmuş və sonuncusu 1944-cü ildə olmuşdur.
4206352