IQNA

İngiltərədə məscidlərin və dini yerlərin mühafizəsi üçün ayrılan büdcə artırılır

3:43 - March 13, 2024
Xəbər sayı: 3495623
İQNA - İngiltərə məscid və dini mərkəzlərin mühafizəsi üçün ayrılan büdcənin 117 milyon funt-sterlinq artırıldığını açıqlayıb.

"İQNA", "Əl-Ərəb" saytına istinadən xəbər verir ki, Britaniya hökuməti məscidləri, dini məktəbləri və icma mərkəzlərini qorumaq üçün səyləri gücləndirmək qərarına gəlib.

Hökumət bütün dini icmaların təhlükəsizliyini təmin etmək üçün 2028-ci ilə qədər 117 milyon funt sterlinq ayıracaq.

Bundan əlavə, 2023-2024-cü illər üçün 29,4 milyon funt-sterlinq əlavə büdcə, həmçinin yəhudi icmasının sinaqoqları və məktəblərinin qorunması üçün 70 milyon funt-sterlinq ayrılacaq.

Britaniya rəsmilərinin fikrincə, bu büdcənin qəbul edilməsi bu ölkədəki müsəlman icmasının özünü təhlükəsiz hiss etməsinə kömək edəcək.

Bu məqsədlə təhlükəsizlik kameraları və xəbərdarlıq sistemləri kimi texnologiyalardan istifadə olunacaq. Britaniyanın daxili işlər naziri Ceyms müsəlmanlara qarşı nifrətin cəmiyyətdə qətiyyən yeri olmadığını vurğulayaraq, Qəzzadakı hadisələrin Britaniya müsəlmanlarına qarşı sui-istifadəyə bəraət qazandırılmasına icazə verməyəcəklərini açıqlayıb.

Bundan əlavə, daxili işlər naziri bəyan edib ki, baş nazir müsəlmanların tərəfində olduğunu açıq şəkildə bəyan edib.

4204933

captcha