IQNA

İranın Qəzzaya humanitar yardımı Misir limanlarına göndərilib

16:46 - March 12, 2024
Xəbər sayı: 3495619
İQNA - İran İslam Cümhuriyyəti Xarici İşlər Nazirliyinin sözçüsü Kənani həftəlik mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Qəzzada baş verən hadisələrlə bağlı deyib: "Dünən gecə müqəddəs Ramazan ayı ərəfəsində Fələstin və Qəzza zolağının nəcib və müsəlman xalqının Qəzzada humanitar vəziyyətin acınacaqlı olmasına baxmayaraq, küçələrdə dini mərasimlər keçirdiklərinin şahidi olduq".

Kənani sözlərinə davam edərək deyib: "Sionist rejimin Qəzzada törətdiyi qətllərdən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin ağrılı hərəkətsizliyinin şahidi oluruq".

İranın humanitar yardımı Qəzzaya çatmaq üçün dəniz yolu ilə Misir limanlarına göndərildi" deyən Kənani, "Bu sahədə hərtərəfli diplomatiya həyata keçirdik. Qəzzanın blokadası səbəbindən İranın birbaşa Qəzzaya humanitar yardım göndərmək imkanı yoxdur" dedi.

captcha