IQNA

Bu gün dünyada bir çox insanların gözü İran millətindədir

12:08 - March 01, 2024
Xəbər sayı: 3495546
İQNA – İslam İnqilabının Ali Məqamlı Rəhbəri səs verdikdən sonra İran xalqına xitabən deyib: “Bilin ki, bu gün dünyada bir çox insanların və siyasi mövqeyə malik insanların gözü İrana yönəlib, ona görə də dostlarınızı sevindirin və pis niyyətli insanları məyus edin”.

"İQNA", Ali Məqamlı Rəhbərin dəftərxanasının informasiya portalına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər, cümə günü, martın 1-i Tehranda İmam Xomeyni (r.ə) hüseyniyyəsində parlamentin 12-ci və Rəhbərlik Ekspertlər Məclisinin altıncı dövrəsinin seçkilərində səsvermənin başlanmasının elə ilk anlarında iştirak edərək səs verib. Qeyd edək ki, yüzdən çox yerli və beynəlxalq jurnalist bu hadisəni işıqlandırıb.

İslam İnqilabının Rəhbəri səs verdikdən sonra İran xalqına iki tövsiyə verdi, birincisi; xeyirxah işlərdə bir-birinizdən önə keçin və ilk saatlarda səsinizi verin, ikincisi; bütün seçki dairələrində lazım olan qədər səs verin.

Həzrət Ayətullah Xamenei həmçinin İran xalqına xitab edərək əlavə etdi: “Bilin ki, bu gün dünyada bir çox insanların və siyasi mövqeyə malik insanların gözü İrana yönəlib, ona görə də dostlarınızı sevindirin və bədxahlarınızı məyus edin”.

O, Uca Allaha dua edib ki, seçki günü İran milləti üçün bərəkətli gün olsun və seçkilər arzu olunan nəticələrə çatsın və İran millətinin xeyrinə bitsin.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri, jurnalistin "Səs verməkdə tərəddüd edənlərə nə tövsiyə edirsiniz?" sualına cavab olaraq, “Yaxşı şeylər üçün istixarəyə ehtiyac yoxdur” deyib.

4202704

captcha